- Baxış sayı: 68
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 138
- Noyabr 25, 2024
- 0
«Bildiyiniz kimi, «Shamkir Chess» superturniri ölkəmizdə 3-cü dəfə keçirilir. Bu səfər dünya çempionu Maqnus Karlsen Azərbaycana gəlməyib. O, 2 dəfə bu yarışın qalibi olub. Amma əminik ki, onun burada iştirak etməməsi, turnirə marağı azaltmayacaq».
Allsport.az saytı xəbər verir ki, bunu mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə təşkil olunan “Shamkir Chess-2016″nın açılışından sonra, brifiqdə yarışın direktoru Fərid Hüseynov dedi. Onun sözünə görə, əvəzində, şahmat tacı uğrunda görüşdə Maqnus Karlsenlə qarşılaşacaq Sergey Karyakini dəvət ediblər. Sitat: «Düşünürəm ki, dünya şahmatında yeni parlayan çinli Hou Yifan da yarışa rəng qatacaq. Bundan savayı, milli komandamızın 4 aparıcı üzvünə böyük ümidlərimiz var.
«Shamkir Chess»in məsuliyyəti böyükdür. Artıq bizim superturnir dünyanın ən səviyyəli tədbirlər sırasına daxil olub. Amma bu məsuliyyət bizdə asanlıqla ram olunur. Sözü gedən yarış Vüqar Həşimovun xatirəsinə həsr olunub. Bu, bizim üçün qururdur».