- Baxış sayı: 31
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Bakı Şahmat Olimpiadasının növbəti ulduz səfirinin adı məlum olub. Allsport.az saytı xəbər verir ki, bu yunan-roma güləşi üzrə olimpiya və 2-qat dünya çempionu Fərid Mansurovdur. İdmançıya xüsusi sertifikatı yarışın Əməliyyat Komitəsinin icraçı direktoru Murad İskəndərli təqdim edib. Bakı Şahmat Olimpiadasının yeni ulduz səfiri təəssüratlarını turnirin mətbuat xidmətiylə bölüşüb:
“Ulduz səfir olmaq məsuliyyətli və şərəfli işdir. Diqqətə görə Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinə təşəkkür edirəm. Şahmata marağım hər zaman olub. Uşaqlıq illərindən şahmat oynamağı öyrənmişəm. Evdə vaxt olanda atam və ya qardaşımla şahmat taxtası arxasında mübarizə aparmağa imkan tapırıq.
Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın paytaxtımızda keçirilməsi sevindirici haldır. Ulduz səfir kimi mötəbər yarışın təbliğində yaxından iştirak etməyə çalışam. Olimpiadada 3000-ə yaxın idmançının iştirak etməsi yarışın güclü rəqabət şəraitində keçəcəyini göstərir. İnanıram ki, Bakı Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda Azərbaycan şahmatçılarına uğurlar arzulayıram. Biz onlara inanırıq. Əminəm ki, komandamız olimpiadada layiqincə çıxış edəcək”.
Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.