- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin prezidenti Fərrux Mahmudov UEFA-nın qərarı ilə Bakıda eyni gündə 3 avrokubok oyununun keçirilməsinə münasibət bildirib.
Allsport.az saytı xəbər verir ki, o, azarkeşlərin komandanı “Beşikdaş”la görüşdə tək buraxmayacaqlarına inanır: “Bir gündə Bakıda üç avrokubok matçının keçirilməsində heç bir problem görmürük. İnanırıq ki, azarkeşlərimiz bizi dəstəkləyəcəklər. Oyundankənar çox fikir səsləndirilir. Lakin biz sözümüzü “Beşikdaş”la matçda deyəcəyik”.
F.Mahmudov “Bakcell Arena”nın adını dəyişdirilərək “Neftçi Arena” olmasını da şərh edib: “Bəli, stadion AFFA-nın balansındadır. Assosiasiya ilə şərtlərimiz də vardı. Stadionun adı bundan sonra “Neftçi Arena” adlanacaq”.