“Azərbaycanda keçirilən şahmat yarışları yüksək təşkilatçılıqla yadda qalıb”

ABŞ millisinin lideri Fabiano Karuana Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, qrossmeyster “dördilliy”də iştirakı ilə bağlı danışıb: “Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışlarından biridir. Planetin bütün yığmaları mötəbər yarışda iştirak edəcək. ABŞ millisi də olimpiadaya böyük ümidlərlə yollanacaq. Olimpiada başlamazdan əvvəl nəticə haqda danışmaq düzgün olmaz. Əksər yığmalar olimpiadada əsas heyətlə çıxış edəcək. Bu isə yarışda böyük rəqabətin olacağını göstərir. İstənilən halda bizləri maraqlı yarış günləri gözləyir. Şahmatçı kimi hər oyunda maksimum nəticə uğrunda çıxış edəcəyik”.

Azərbaycan paytaxtı Bakı haqqında danışan Karuana şəhərimiz haqda xoş sözlər dedi: “Dəfələrlə Azərbaycanda keçirilən yarışlarda iştirak etmişəm. Ötən il paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmışam. Bu il Şəmkirdə təşkil olunan Vüqar Həşimov Memorialında ikinci yeri tutmuşam. Həmişə Azərbaycanda təşkil olunan şahmat yarışları yüksək təşkilatçılıqla yadda qalıb. Burada hər zaman iştirakçılar üçün lazımi şərait yaradılıb. Bakı Şahmat Olimpiadasının da ən yaxşı təşkilatçılıqla fərqlənəcəyinə inanıram”.

 

Həmin kateqoriyadan