- Baxış sayı: 74
- 20 Fevral 2026 23:22
- Baxış sayı: 423
- Fevral 16, 2026
- 0

“Arsenal”ın sabiq yarımmüdafiəçisi Emmanuel Petit hesab edir ki, Sesk Fabreqas gələcəkdə London klubunun baş məşqçisi postuna əsas namizədlərdən biridir.
Allsport.az xəbər verir ki, Petit ispaniyalı mütəxəssisin İtaliyanın “Komo” klubundakı fəaliyyətini yüksək qiymətləndirərək, onun qısa müddətdə böyük uğurlara imza atdığını bildirib.
Hazırda Fabreqasın rəhbərliyi altında “Komo” “A” seriyasında iddialı oyun nümayiş etdirərək turnir cədvəlində altıncı pillədə qərarlaşıb.
Onun taktiki üslubu, xüsusilə topa sahib olma və yüksək intensivlikli pressinq futbol mütəxəssisləri tərəfindən rəğbətlə qarşılanır. Petit vurğulayıb ki, bu cür nailiyyətlər yaxın gələcəkdə “Arsenal” və “Çelsi” kimi nəhənglərin diqqətini məhz 38 yaşlı məşqçiyə yönəldəcək.
Fabreqas 2024-cü ildən “Komo”nun sükanı arxasındadır.