- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 81
- Noyabr 21, 2024
- 0
“Ölkə başçısı şahmata böyük qayğı və dəstək göstərir. Bunun nəticəsidir ki, komandamız 3-cü dəfə komandalararası Avropa çempionu oldu. Yarışa gələndə, hədəf mükafatçılar sırasına düşmək idi. Çünki əmsalda komandamız 2-ci idi. Ayrı nəticə bizi qane etmirdi. İlk turda uduzub, sonra toparlanaraq sonda qalib adını qazanmaq komandalararası Avropa çempionatında nadir hadisələrdəndir”.
Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman nazirinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında, AŞF-in 1-ci vitse-prezidenti, eyni zamanda, kişilərdən ibarət millimizin kapitanı Faiq Həsənov deyib. Onun sözünə görə, Rusiya, Ukrayna, Almaniya, Ermənistan və Polşa yığmaları çox güclüdür və ilk turda məğlubiyyət sırf təsadüfdir:
“İsveçrə sisteminin qaydasına görə, ilk turda güclü komandalar zəiflərlə düşür. Bu üzdən, yarışda İtaliyaya uduzanda, hamı məəttəl qalmışdı. Amma uşaqlar sağ olsun, toparlandılar, dalbadal 5 görüşü qələbə ilə bitirdilər, daha yenilmədilər, son yurda bizi heç-heçə də qane edirdi ki, bunu da elədik”.