Faiq Qarayev “Qarabağ”ın baş məşqçisini dəstəklədi, milli idman şirkəti “İl’Azero”nu təriflədi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sorğuda ilin baş məşqçisi mükafatına layiq bilinib. Allsport.az saytı xəbər verir ki, ona mükafatı voleybol federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev verib. Təcrübəli mütəxəssis tədbirin himayədarlarından olan milli idman brendi “İl’Azero” barədə də xoş söz deyib:

“Bu geyim dəstləri Avropa səviyyəsindədir. Bizim idmançılar, eləcə də voleybol yığma komandaları və əksər klublar da bu formanı geyinirlər. Şirkət beynəlxalq voleybol federasiyası tərəfindən sertifikat alıb. Onları da təbrik edirəm. Bu gün hamıya mükafatlar verirlər. Sağ olsunlar”.

Xatırladaq ki, Faiq Qarayev futbol millisinin keçmiş baş məşqçisi Qurban Qurbanovu dəstəklədiyini deyib və bugünkü tədbirdə bunu bir daha nümayiş etdirib.

Həmin kateqoriyadan