- Baxış sayı: 77
- 24 Noyabr 2025 14:09
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Azərbaycan velosiped idmanı federasiyasının 2025-ci il üçün təsdiq edilmiş təqvim planına əsasən, MTB-nin Enduro növü üzrə federasiya kubokunun 2-ci mərhələsi keçirilib.
Allsport.az xəbər verir ki, dağ velosipedi parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.
2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Emin Süleymanov fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, Pərviz İlyasov isə 3-cü yeri tutub.
2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında respublika olimpiya velosiped məktəbinin təmsilçiləri Aydın Məmmədov, Tahir Quluzadə və Toğrul Məmmədli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
Fərqlənən idmançılar Azərbaycan velosiped idmanı federasiyası tərəfindən medal və diplom, həmçinin “2 Təkər” mağazası tərəfindən hədiyyələrlə təltif ediliblər.