- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 120
- Fevral 06, 2026
- 0

Budapeştdə 45-ci ümumdünya şahmat olimpiadası günlərində FİDE-nin qala gecəsi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə qurumun prezidenti Arkadi Dvorkoviç və FİDE-nin azərbaycanlı vitse-prezidenti Mahir Məmmədov çıxış edib.
Həmyerlimiz, çıxışında ali şahmat qurumunun yaradıcılarını xatırladıb: “FİDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qaldı. Buna görə biz FİDE-nin yaradıcılarına minnətdar olmalıyıq”.
Sonra dünya şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatları təqdim edib. Gecədə Azərbaycan şahmat federasiyasının vitse-prezidenti, uzun illər mötəbər şahmat yarışlarında hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb.