FİDE-nin keçmiş prezidenti: Teymur düzgün tövsiyə etdi və doğru çıxdı

FİDE-nin keçmiş prezidenti Kirsan İlümjinov müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, chess-news.ru-nun əməkdaşı ilə söhbətdə, “şahmat tacı”na namizədlərin turnirindən və Teymur Rəcəbovdan danışıb:

“Hər necə olsa, 23 il FİDE prezidenti oldum, qərar vermək və bu qərarları həyata keçirmək lazım idi. Deməli, bir tərəfdən FİDE, digər tərəfdən Teymur Rəcəbov üçün. O, çox parlaq, istedadlı bir şahmatçıdır. Azərbaycanlı həmişə xoşuma gəlib, gəlir. Mən onun şahmat karyerasının əvvəlini xatırlayıram.  Bu, 16 il əvvəl, Dubayda qran-prinin 1-ci mərhələsini keçirdiyim zaman idi. Biz mərkəzdə, “Beynəlxalq” mehmanxanasında oynayırdıq. Orada o, Kasparova qalib gəldi, yekunda qalib oldu. Onda 14-15 yaşı vardı. İstedadlı şahmatçı idi. Öz nəticələri ilə tez-tez sevindirirdi.

Teymurun iddiaçılar turnirində oynamamasına gəlincə, normal deyil, çünki orda oynamalı idi. O, yüksək səviyyəli qrossmeyster kimi, 2-3 deyil, 5-10 gedişi öncədən hesablayan və vəziyyəti görən şahmatçıdır. Rəcəbov pandemiya məsələsində də öncəgörənlik etdi. Dünyada təklükədədir. Belə bir vəziyyətdə bu turnirdə oynamaq düzgün deyil. O, şahmatçı kimi deyil, həm mətbuatı, həm də dünyadakı vəziyyəti izləyən ciddi bir insan kimi fikrini bildirdi. Düzgün tövsiyə etdi və doğru çıxdı – başlamağa ehtiyac yox idi.

Ancaq FİDE-də, necə deyərlər, “ata nəzarətçiləri” var və onlar vəziyyəti özləri hesabladılar. Şahmat partitasındakı kimi: Teymur hesab etdi ki, başlamaq olmaz, FİDE hesab etdi ki, lazımdır. Kim haqlı çıxdı. İndi pat vəziyyətidir. Bir tərəfdən Rəcəbov haqlıdır, o oynamalı idi. Digər tərəfdən FİDE ali orqandır. Prezident şurası qərara aldı ki, turniri başlasın və sonra dayandırsın. 

Necə ki, FİDE-nin 5-ci prezidenti Florensio Kampomanes və FİDE vaxtı ilə Karpov və Kasparov yarım il oynadıqdan sonra matçı dayandırmaq qərarı verdilər. Burada da elə. Qərarı qiymətləndirmək və şərh vermək istəmirəm. Sadəcə, təəssüf ki, turnir dayandırıldı. Allah eləsin, biz koronavirusa qalib gələk, sonra bu və digər yarışlarla məşğul olaq”.

Həmin kateqoriyadan