- Baxış sayı: 145
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 165
- Dekabr 18, 2024
- 0
3-qat Avropa çempionu Rauf Məmmədov sosial şəbəkə səhifəsində FİDE bayrağı altında yarışlarda iştirakdan imtina etdiyini yazsa da, sonradan təkzib verib və emosional yazdığı sözün bir qədər düşünülməmiş olduğunu etiraf edib. Allsport.az saytı xəbər verir ki, AŞF-in prezidenti Mahir Məmmədov onun fikrinə münasibət bildirib:
“Rauf Məmmədov özü yazdığı postla bağlı fikirlərinə ətraflı izah verdi. Fikrimcə, onun açıqlamasından sonra əlavə şərhə ehtiyac yoxdur. FİDE prezidenti Arkadi Dvorkoviçə gəlincə, o, Ukraynadakı hadisələrə münasibətini aydın şəkildə göstərib, tamamilə sülh tərəfdarı olduğunu söyləyib.
Dvorkoviç fikirlərinin böyük çətinliklərlə üzləşən Ukraynanın dinc əhalisinin yanında olduğunu bildirib. İdmançıya yaraşmayan açıqlamalarla gündəmə gələn Rusiya şahmatçısı Sergey Karyakin FİDE tərəfindən tənqid olunub və sanksiyaya məruz qalıb.
Karyakin ən azı 6 ay şahmat yarışlarından uzaqlaşdırılıb. FİDE ailəsi heç vaxt hərbi hadisələrin tərəfdarı olmayıb və sülhün bərqərar olmasını arzulayır”.