FİDE-nin vitse-prezidenti: “Fikrimcə, təşkilatçılar işlərinə ciddi yanaşıblar”

FİDE-nin vitse-prezidenti Georgios Makropulos Bakıya səfərin yekunlar ilə bağlı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarına cavab verib. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti vəzifəsini icra edən qonaq gördüklərindən razı qaldığını bildirib:

“Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini yüksək qiymətləndirirəm. Hazırlıq plan üzrə davam edir. Səfər zamanı olimpiadanın keçiriləcəyi Crystal Hall-da olduq. Çox möhtəşəm arenadır. Olimpiada zamanı şahmatçılar üçün hər cür şərait yaradılacağına əmin olduq. Kütləvi yarış olduğu üçün eyni zamanda 300-dən çox komanda yarışacaq.

Ona görə geniş məkan vacibdir. Crystal Hallda dediyimiz böyük məkan var. Nəqliyyat və viza məsələləriylə bağlı danışdıq. Fikrimcə, təşkilatçılar işlərinə ciddi yanaşıblar. Çünki, bu məsələdə problem olmayacağını düşünürəm. Biz eyni zamanda arenada təhlükəsizlik, media otaqları və tamaşaçılar üçün ayrılan yerlərlə tanış olduq. Hazırlıq demək olar ki, həlledici mərhələyə qədəm qoyur”.

Həmin kateqoriyadan