FİDE prezidenti “Büllur saray”la tanış olub

FİDE prezidenti 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi “Crystal Hall”da olub. Allsport.az saytı xəbər verir ki, yarış zalıyla tanış olan Kirsan İlümjinov, gördüklərindən razı qalıb. Qonağa təhlükəsizlik və tibb məsələləri eləcə də arenada media otağının təşkili barədə məlumat verilib.

“Crystal Hall”un möhtəşəm arena olduğunu söyləyən FİDE prezidenti Bakının hər an Şahmat Olimpiadasını keçirməyə hazır olduğunu söyləyib. Qeyd edək ki, Kirsan İlümjinov bu gün Vüqar Həşimovun xatirə turnirində iştirak etmək üçün Şəmkirə səfər edəcək.

Həmin kateqoriyadan