FİDE prezidenti təşkilat komitəsinin sədri Yaqub Eyyubovla görüşdü

FİDE prezidenti Kirsan İlümjinov Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovla görüşüb. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının rəhbəri paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlığın gedişatından razı olduğunu bildirib.

Kirsan İlümjinov paytaxtımızın indiyə qədər keçirilən şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə, yarışın tarixində yeni səhifə açacağını söyləyib. Gənclər və idman naziri Azad Rəhimov, Şahmat federasiyasının prezidenti Elman Rüstəmovun da iştirak etdiyi görüşdə, mötəbər yarışın hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu bildirilib.

Həmin kateqoriyadan