Final mərhələsində 5-ci oldular

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris oyunlarında final çıxışını nümayiş etdirib.

Allsport.az saytı xəbər verir ki, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Dərya Sorokina və Yelizaveta Luzandan ibarət millimiz bu mərhələsini 5-ci sırada bitirib.

Qızlarımız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayıb. Onlar finalda Ukrayna, Özbəkistan və ev sahibini qabaqlaya bilib.

Həmin kateqoriyadan