- Baxış sayı: 74
- 09 Dekabr 2025 11:52
- Baxış sayı: 45
- Dekabr 16, 2025
- 0

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda ilk dəfə təmsil edən yeniyetmə idmançımız Arina Kalugina Türkiyənin İzmir şəhərində keçirilən “Efesus” kuboku adlı yarışında iştirak edib.
Allsport.az xəbər verir ki, qısa və sərbəst proqram üzrə çıxış edən Arina Kalugina 21 idmançı arasında 173.64 xal toplayaraq yekun nəticədə 3-cü yerə sahib olub və yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanıb.