- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün sərbəst güləş yığmamız növbəti təlim-məşq toplanışı üçün Dağıstana yollanıb. Allsport.az xəbər verir ki, millimiz martın 5-dən 14-dək Mahaçqalada hazırlıq prosesi keçəcək.
Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Turan Bayramov (hamısı 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Abubakr Abakarov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Aslanbek Alborov (92 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təlim-məşq toplanışında iştirak edəcək.
Yerli komandayla birgə baş tutacaq hazırlıq prosesində əsasən taktiki-texniki çalışmalara üstünlük veriləcək. TMT martın 19-dan 22-dək Budapeştdə təşkil olunacaq Avropa olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Sərbəst güləşçilər yarışın ilk 2 günündə mübarizə aparacaq. Şərif Şərifov ötən il dünya çempionatında 97 kq-da olimpiadaya lisenziya əldə etdiyi üçün yığma üzvləri Budapeştdə 57, 65, 74, 86 və 125 kq-da Tokio-2020-yə vəsiqə qazanmağa çalışacaq.