- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik la liqanın 11-ci turunda “Real” üzərində qazanılan qələbəni (4:0) şərh edib.
Allsport.az xəbər verir ki, alman mütəxəssis komandasının çıxışından razı qalıb:
“Matça çox yaxşı başladıq, hər iki hissədə əla oynadıq. Müdafiədə yüksək oynamağımız riskli idi.
Futbolçularım çox yaxşı oyun nümayiş etdirdilər. Hamı həm hücumda, həm də müdafiədə nə edəcəyini bilirdi.
Mən həmişə deyirəm ki, biz daha yaxşı olmalıyıq. Eyni ruhda davam etməliyik.
Əldə etdiyimiz qələbədən məmnunam.”