Fransa millisinin yeni baş məşqçisi bəllidir

Fransalı mütəxəssis Zinəddin Zidan ölkənin milli komandasına rəhbərlik etməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, 53 yaşlı məşqçi Fransa futbol federasiyası (FFF) ilə şifahi razılıq əldə edib.

Federasiya prezidenti Filip Diallo mətbuata açıqlamasında yeni baş məşqçinin adının artıq müəyyənləşdiyini təsdiqləyib. Lakin o, rəsmi təyinat açıqlanana qədər namizədin soyadını gizli saxlayaraq “intriqanı” qoruyub.

Funksionerin sözlərinə görə, vakant post uğrunda ümumilikdə beş fransalı mütəxəssis mübarizə aparıb.

Zinəddin Zidan 2021-ci ildə “Real Madrid”dən ayrıldıqdan sonra heç bir komandanı çalıştırmayıb və uzun müddətdir “üçrənglilər”in “sükanı arxası”na keçəcəyi gözlənilirdi.

Həmin kateqoriyadan