- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Beynəlxalq cüdo federasiyası fransalı idmançı Jülyen Brulardla birgə yeni layihəyə start verib. Allsport.az saytı xəbər verir ki, əsas məqsədi bütün dünyada bu idman növünün dəyərlərini təbliğ etmək, cüdo fəlsəfəsini kütləviləşdirmək və insanlara onları aşılamaqdır.
Onunla həyata keçirilən bu layihənin əsas xüsusiyyəti var. Brulard təyyarədən istifadə etmədən dünyanı gəzir və artıq 21 ölkədə olub.
Hal-hazırda isə ölkəmizdə qonaqdır. İdmançı Bakıda “Cüdo-2012” klubunda uşaqlar və yeniyetmələri kökləmək məqsədi ilə onlarla birgə məşq edib, ustad dərsi keçib.