- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Cüdo federasiyası bütün rəhbərliklərin dönəmində hakimliyə diqqət verib. Bu, son zamanlar daha geniş vüsət alıb. Mətin Rəhimli komitəyə sədr seçildikdən sonra, yeni ədalət təmsilçilərinin yetişməsinə daha çox önəm verməyə başlanılıb. Ailəyə təzə qoşulanlardan biri də Fuad Yolçuyevdir. O, əvvəllər “Atilla” cüdo klubunda Məhəmmədəli Quluzadənin rəhbərliyi ilə məşq keçib. Sonra özünü müxtəlif mühafizə qruplarında sınayıb.
Pandemiyadan öncə hakimliyə başlayıb və hazırda 1-ci dərəcəyə yüksəlib. Onun əksər həmkarlarından fərqləndirən məşqçiliklə bağının olmamasıdır. Belə olan halda, referilər gizli işbirliyindən uzaq olur, qərarlarda daha müstəqil və dürüst olurlar. ACF-in Göygöldə, Qusarda və Masallıda təşkil etdiyi seminara qatılan Fuad Yolçuyev, adları son 2 çəkilən rayonlarda keçirilmiş bölgə birinciliklərində özünü yaxşı tərəfdən göstərə bilib.
Allsport.az saytına verdiyi açıqlamada o deyib ki, ACF-ə yeni rəhbərlik təyin olunduqdan sonra, durum daha yaxşılaşıb: “Ölkə dərəcəli hakimlərin qonararı artırılıb. Mətin müəllimin səyi ilə referilərin statusu yüksəlib. Artıq məşqçilər tərəfindən hakimlərə təzyiq müşahidə olunmur. Bizə hər cür şərait yaradılıb: diqqət və qayğı yüksəkdir. Məqsədim öz üzərimdə daha çox işləyib, yaxın gələcəkdə beynəlxalq dərəcə almaqdır”.