- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Usta boksçulardan ibarət millimiz gələn ay Qətərdə keçiriləcək dünya çempionatında Rio-2016-ya lisenziya saylarını artıra bilər. Hələlik vəsiqənin sayı birdir. 60 kq-da çıxış edən Albert Səlimov peşəkarların WSB liqasında reytinqdə 1-ci olaraq, Braziliyaya yollanmaq zuququna yiyələnib. Amma paytaxt Dohada uğuru yetişməyənlər heç də üzülməyəcəklər. Gələn il Bakıda Avropa olimpiya lisenziyalı boks turniri keçiriləcək.
Bu barədə allsport.az saytına ABF-in 1-ci vitse-prezidenti Ağacan Abiyev məlumat verdi. Onun sözünə görə, Avropa qitəsindən çıxış edənlər dünya çempionatında lisenziya qazanmayacaqları halda, Azərbaycan paytaxtında təşkil olunacaq yarışda bəxtlərini bir də sənaüyacaq. Hələlik, EABA mötəbər turnirin keçirilmə vaxtını dəqiq müəyyənləşdirməyib. Ümumi nəticələrdən sonra, boş qalan çəkilərdə, yenə məhdud həddə, Rio Oyunları uğrunda mübarizə aparılacaq.
Xatırladaq ki, 2004-cü ildə Bakıda təşkil edilən ənənəvi «Ənvər Çoudri kuboku» lisenziya xarakterli olub. Həmin yarışda 3 boksçumuz – Ceyhun Abiyev (48 kq), Ağası Məmmədov (54 kq) və Əli İsmayılov (81 kq) Afina Olimpiadasına vəsiqə almışdılar. Həmin mövsümdə Yunanıstana 9 rinq ustamız yollanmışdı ki, bu da indiyədək Azərbaycan boksunda ən yüksək göstərici sayılır.