- Baxış sayı: 36
- 09 Yanvar 2025 20:58
- Baxış sayı: 634
- Yanvar 03, 2025
- 0
Qadın voleybolçuların yüksək liqasının 5-ci turunda “Gəncə” səfərdə “Azərreyl”ə 3:0 qalib gəldi. Matçdan sonra qonaqların oyunçusu Nərminə Musayeva sevincini allsport.az saytı ilə bölüşdü:
“İlin ilk oyunu idi. O üzdən yaxşı köklənmişdik. Bu gün çox emosional və bir idik. Mənə elə gəlir, qələbə üçün lazım olan hər şeyi etdik.
Açığı, “Azərreyl”in belə zəif təsir bağışlayacağını gözləmirdik. Oyunumuzla göstərdik ki, biz daha hazırlıyıq və formadayıq.
Artıq bu rəqibi aşırıb 2-ci yerə yüksəlmişik. Bundan sonra yarış cədvəlində ilk pilləni tutmaq var gücümüzü ortaya qoymalıyıq”.