- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 142
- Fevral 06, 2026
- 0

İyunun 25-də Bosniya və Hersoqovinanın Banya Luka şəhərində gənc cüdoçuların Avropa kuboku start götürəcək.
Allsport.az saytı xəbər verir ki, iyunun 26-dək davam edəcək turnirdə bizdən məşqçi İmamverdi Məmmədovun rəhbərliyi ilə oğlanlarda Ruslan Səfxanov, Bəxtiyar Məmmədov (90 kq), Məhəmməd Məmmədzadə (+100 kq) güclərini sınayacaqlar.
Qızlarda Könül Əliyeva (48 kq), Lətifə Abbasova (57 kq), Aytac Qardaşxanlı (63 kq), Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.