- Baxış sayı: 35
- 22 Dekabr 2024 10:00
- Baxış sayı: 161
- Dekabr 18, 2024
- 0
Gənclərdən ibarət cüdo millimizin 6 üzvü fevralın 28-dən etibarən Yaponiyada təlim düşərgəsində iştirak edir. Allsport.az saytı xəbər verir ki, hazırlıqmartın 11-nə qədər Tsukaba universitetində, 12-dən 18-dək isə Kokuşikan universitetində davam edəcək.
Toplanışında Nizami İmranov, Nurlan Kərimli, Samir Piriyev, Ömər Rəcəbli, Vüqar Talıbov və Kənan Nəsibov iştirak edirlər. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına uzunmüddətli hazırlığın bir hissəsidir.