- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 174
- Fevral 06, 2026
- 0

İtaliyanın Liqnano şəhərində gənc cüdoçuların Avropa kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, millimiz bu mübarizədə 6 medal qazanıb.
Balabəy Ağayev (55 kq) bütün rəqiblərinə qalib gəlib. Rəşxan Baxışəliyev (55 kq) və Yaşar Nəcəfov (60 kq) gümüş medalla kifayətləniblər. Rövşən Əliyev (55 kq), Əhməd Yusifov (60 kq) və Adil Kərimli (100 kq) 3-cü yer tutublar.
36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) çıxış etdiyi Avropa kubokunda Azərbaycan millisi 27 nəfərlə (20 oğlan, 7 qız) təmsil olunub.