- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Şahmat federasiyasında gənclərlə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AŞF-in prezidenti Mahir Məmmədov, 1-ci vitse-prezident Faiq Həsənov, AŞİ-nin prezidenti Zurab Azmayparaşvili, “Vüqar Həşimov” klubunun kapitanı Anar Allahverdiyev, gənclərdən və yeniyetmələrdən ibarət millinin baş məşqçiləri Fərid Abbasov və Cahangir Ağarəhimov iştirak ediblər.
Tədbirdə həmçinin “Məktəblilərin onlayn Avropa Çempionatı”nda medal qazanan gənc şahmatçılar – Nərmin Abdinova (13 yaş qızlar, qızıl medal), Şiroğlan Talıbov ( 15 yaşlı oğlanlar, gümüş medal), Əhməd Xaqan (10 yaşlı oğlanlar, gümüş medal), Lalə Hüseynova (11 yaş qızlar, bürünc medal), Əsnad Vəliyeva (10 yaş qızlar, bürünc medal) və klublar arasında Avropa Kubokunda 3-cü yeri tutan “Vüqar Həşimov” klubunun üzvləri – Vüqar Əsədli, Əhməd Əhmədzadə, Murad İbrahimli dəvət olunub.
Çıxış edən Mahir Məmmədov, gənclərin qazandıqları yüksək nəticələr münasibəti ilə təbrik etdi. M.Məmmədov federasiyanın hər zaman yeniyetmə və gənc şahmatçılara dəstək olmağa çalışacağını bildirdi. Federasiya rəhbəri “Vüqar Həşimov” şahmat klubunun Avropa Kubokunda bürünc medal qazanmasını ilin ən parlaq qələbələrindən biri kimi qiymətləndirdi.
Sonra Zurab Azmayparaşvili gənc şahmatçıları və “Vüqar Həşimov” klubunun üzvlərini təbrik etdi. Qonaq Azərbaycan şahmat məktəbinin dünya şahmatında özünəməxsus yüksək yerinin olduğunu söylədi.
Məşqçilər adından çıxış edən Anar Allahverdiyev səmimi sözlər üçün öz adından və şahmatçılar adından təşəkkür etdi, federasiya tərəfindən göstərilən qayğının şahmatçıları gələcək uğurlara ruhlandıracağını vurğuladı.
Tədbirin sonunda şahmatçılara AŞF adından mükafatlar təqdim olundu.