- Baxış sayı: 71
- 30 Sentyabr 2024 11:57
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Gənclər və idman naziri Fərid Qayıbov, milli idman tibbi və reabilitasiya elmi-praktiki institutunun fəaliyyəti ilə maraqlanıb. Allsport.az saytı xəbər verir ki, idarə heyətinin sədri Səbinə Xəlilova yaradılmış şəraitlə bağlı bilgi verib.
MİTRİ-dəki mövcud müasir avadanlıq və aparılan müayinə, müalicə metodikaları ilə tanışlıq olub. Bildirilib ki, izokinetik laboratoriya, erqospirometriya testi, optik biomexanika, vakusport, alter G, 3D analiz və digər xidmətlər ən yüksək səviyyədə müasir tibbi tələblərə uyğun aparılır.
MİTRİ federasiyalar və digər idman təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Burada tibbi-bərpaya cəlb edilən idmançıların müayinə və müalicəsi ilə müasir tibbi bacarıqlara malik təcrübəli həkimlər məşğul olurlar.