- Baxış sayı: 41
- 19 Mart 2026 19:50
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0

Cinsiyyət testindən keçə bilməyən əlcəzairli İman Xəlif və tayvanlı Lin Yutinqə Paris-2024-də qadın boks yarışında iştiraka icazə verilib.
2023-cü ildə Hindistanda keçirilən dünya çempionatında hər 2 qız cinsiyyət təyini testindən keçə bilməyib (genetik testlərin nəticələrinə əsasən onlarda XY xromosomlarının olduğu sübut edilib) və diskvalifikasiya edilib.
Nəticədə, Lin 57 kq-da bürünc medaldan məhrum edilib.
“Bu işdə onların qadın olduğu müəyyənləşib. Olimpiya oyunlarının bütün iştirakçıları seçim qaydalarına əməl edir və onlara hörmət edirlər”, – BOK-un kommunikasiyalar üzrə direktoru Mark Adams deyib.
28 yaşlı Lin 2-qat dünya çempionu (2018, 2022), 25 yaşlı İman 2022-ci il dünya çempionatının gümüş mükafatçısıdır.