- Baxış sayı: 60
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Sürətli oyun oldu. Komandalar mübarizə apardılar. Bizim problem o idi ki, şanslardan istifadə edə bilmədik. Düzdür, qol buraxdıqdan sonra hesabı bərabərləşdirə bildik. Sadəcə, bərabərlik qolundan sonra nə qədər çalışsaq da, qələbə qolunu vura bilmədik”.