Georgi Nikolov da Elxan Məmmədovun iddialarını cavabsız qoymadı

AFFA-nın baş katibi Elxan Məmmədovun yerli Kütləvi İnformasiya Vasitələrindən birinə müsahibəsində “İnter” və “Simurq” klubu arasında keçirilən oyunlarla bağlı səsləndirdiyi fikirlər ətrafında müxtəlif mülahizələrə yer verilir. “İnter”in prezidenti Georgi Nikolov klub saytına açıqlamasında bu məsələyə münasibət bildirib:

“AFFA-nın baş katibi Elxan Məmmədovun feyr-pley prinsiplərini nəzarət altında saxlanmasını doğru hesab edirik və alqışlayırıq. Amma Azərbaycan Çempionatı çərçivəsində keçirilmiş ədalətli oyun prinsiplərinə sığmayan qarşılaşmalara “İnter” – “Simurq” matçlarının nümunə göstərilməsini doğru hesab etmirik. Zaqatala təmsilçisi ilə keçirilən son oyunların statistikası bu iki komanda arasında baş tutmuş oyunların nəticələrinə əsasən daha çox itirən komandanın məhz “İnter” olduğunu təsdiqləyir. “İnter” klubu həmişə feyr-pley qaydaları çərçivəsində fəaliyyət göstərib və bundan sonra da ədalətli futbol prinsiplərinə uyğun addımlar atacaq”.

Həmin kateqoriyadan