Gimnastika millisinin kapitanı siqaret çəkdiyi üçün Paris oyunlarına aparılmaya bilər

Paris olimpiadasında qadın gimnastika üzrə Yaponiya komandasının kapitanı Sekou Miyata davranış kodeksinin pozulması sayılan siqaret çəkmə ittihamlarına görə komandanı tərk edə bilər.

Allsport.az saytı xəbər verir ki, Yaponiya gimnastika assosiasiyası araşdırma aparır və 19 yaşlı gəncin 2024-cü il oyunlarında iştirakını şübhə altına alaraq, Monakoda təlim-məşq toplanışından evə göndərəcəyi gözlənilir.

Miyata çərşənbə günü mediaya açıq təlim sessiyasında görünməyib, JGA inkişaf rəhbəri Hikaru Tanaka “müəyyən səbəblərə görə” iştirak etmədiyini söyləyib.

Həmin kateqoriyadan