- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Gənclər və İdman Nazirliyi Rio-2016-da Ermənistan güləşçisi Artur Aleksanyanın (98 kq) təxribata əl atmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, GİN-nin açıqlamasında belə deyilib: “Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə, heç bir vəchlə idmanın siyasiləşdirilməsinin tərəfdarı olmayıb.
Ermənistan idmançının dünənki hərəkəti, bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi də siyasəti idman meydançasına gətirmə cəhdi oldu. Daim özünü təcavüzə məruz qalmış xalq kimi təqdim etdirməyə çalışan Ermənistan bununla da öz mənfur xislətini bütün dünyaya nümayiş etdirib, cılız düşüncəyə malik olduğunu bir daha sübut etdi”.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşi üzrə olimpiya çempionu olan bu idmançı mükafatlandırmada arenaya üzərində Ermənistan ordusunun aprel döyüşlərində ölən hərbçisi, kiçik çavuş Robert Abadcanın şəkli olan köynəkdə çıxmışdı. Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına əsasən, idmandan siyasi məqsədlər üçün istifadə edilməsi qadağan edilib və bunun üçün ciddi cəzalar nəzərdə tutulub.
Ermənistan idmançısının bu hərəkəti Azərbaycan ictimaiyyətinin sərt etirazlarına səbəb olub.