- Baxış sayı: 56
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bakıda şahmat üzrə dünya kubokunda 1\16 finala vəsiqə qazanan Nicat Abbasov (şəkildə sağda) açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, Niderland təmsilçisi Aniş Giri üzərində qələbənin ona böyük inam verdiyini söyləyib:
“Tay-brekin ilk oyununda açılışdan yaxşı mövqe almışdım. Amma zaman azlığı oyunu uduzmağıma səbəb oldu. Bundan sonra növbəti oyunda mütləq qalib gəlməliydim. Aniş Giri də asanlıqla məğlub olan şahmatçı deyil.
İkinci oyuna yeni ideya ilə başladım. Şah cinahında hücuma keçdim və düzgün gedişlərlə rəqibi məğlub edə bildim. Bu mənə böyük inam verdi. Əlbəttə əksəriyyət bizim dueldə haqlı olaraq Girini favorit görürdü. Amma tay-brekdə favorit olmur.
Burada şanslar bərabər qiymətləndirilir.
Blitsdə ardıcıl heç-heçələrimiz oldu. Son oyunda isə qələbə qazanmağı bacardım. Rəqibin vaxtı azaldıqca inamım artırdı. Rəqibin vaxt azlığı ona problemlər yaratdı. Mən qalib gələrək növbəti mərhələyə adladım”.
Dünya kubokunda 1\16 final partiyaları avqustun 9-u və 10-da oynanılacaq.