- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Beynəlxalq şahmat federasiyası yeni siyahı açıqlayıb.
Allsport.az saytı xəbər verir ki, bizdən Teymur Rəcəbov 5 pillə irəliləyərək, 11-ci olub (2747 xal), Şəhriyar Məmmədyarov isə 1 addım geriləyərək 2741 xalla 14-cüdür. Qədir Hüseynov (2661 xal) 86-cı, Nicat Abbasov (2646 xal) 100-cü, Rauf Məmmədov (2646 xal) isə 102-ci sıradadır.
Qadın şahmatçılarımızdan İtaliyada gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 36 cərgə önə keçərək 62-ci yerdə qərarlaşıb (2387 xal). Günay Məmmədzadə (2472 xal) 20-ci, Ülviyyə Fətəliyeva (2428 xal) 37-ci, Xanım Balacayeva (2379 xal) 73-cü, Gülnar Məmmədova (2376 xal) 78-ci yerdədirlər.