- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 174
- Fevral 06, 2026
- 0

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə avqustun 25-dən Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşq keçirilir. Allsport.az saytı xəbər verir ki, 3 sentyabra qədər davam edəcək toplanışında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət milli üzvləri ilə yanaşı Belçika, İsrail, Niderland, Polşa, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları iştirak edirlər.
120-dən artıq idmançının qatılıldığı hazırlıqda olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları yer alıblar. Bu tədbir ustalardan ibarət seçmə üçün 6-12 oktyabrda Özbəkistan paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatı və gənc oğlanlardan ibarət milli üçün 15-18 sentyabrda Çex Respublikasının Praqada qitə çempionatına hazırlıqdır.