- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu ilin sentyabrında Bakıda cüdo üzrə dünya çempionatının təbliğinə həsr olunan Federasiya kubokunun final mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, Göygöl rayonunda keçirilən yarışdan bir gün öncə bölgə hakimlərinin seminarı keçirilib. Toplantıda yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.
ACF-in dəstəyi ilə keçirilən kiçik yaşlı yeniyetmələrin regionlararsı mübarizəsinin finalında ən güclü komandalar mübarizə aparıblar. Bütün rəqiblərinə qalib gələn “Bakı -1” komandası 1-ci yeri tutub. “Şimal-Qərb” gümüş medal qazanıb. “Bakı-2” və “Sumqayıt-1” bürünc mükafatlara sahibləniblər. İlk dəfə olaraq keçirilən Federasiya kubokunun qalib və mükafatçılarına diplom, kubok və medallar təqdim olunub.