- Baxış sayı: 311
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Bu gün səhər saatlarında Azərbaycan güləş federasiyasının sabiq vitse-prezidenti Məhəmməd Əliömərov koronavirusdan dünyasını dəyişib. Allsport.az saytı xəbər verir ki, son olaraq Rusiyanın qadın yığmasının baş məşqçisi vəzifəsində çalışan mütəxəssis Mahaçqaladakı klinikaların birində 68 yaşında vəfat edib.
O, 1952-ci il mayın 29-da Dağıstan respublikasının Çaroda rayonunun Tlyaroş kəndində dünyaya gəlib. SSRİ idman ustası olan Məhəmməd Əliöməroviç Sidney və Afina olimpiadalarında sərbəst güləşdə qazanılan uğurlara görə, milli olimpiya komitəsinin ali ordeni, 2007-ci ildə isə “Dostluq” ordeni ilə təltif edilib.
2008-2017-ci illərdə AGF-də sərbəst güləş üzrə vitse-prezident vəzifəsində çalışıb. 2019-cu ildən Rusiyanın qadınlardan ibarət yığmasının baş məşqçisi kimi fəaliyyət göstərirdi. Əliömərov Azərbaycan respublikası prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
AGF mərhumun yaxınlarına, Rusiya və Dağıstan güləş federasiyalarına başsağlığı verib. Allah rəhmət eləsin.