Güləş hakimləri Serbiyada yeni qaydalarla tanış olublar

Bu gün Serbiyanın paytaxtı Belqradda şəxsi dünya kuboku üçün hakimlərin ənənəvi seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə Dünya Güləş Birliyinin hakimlər kollegiyasının sədri Antonio Silvestri video goruntu vasitəsi ilə seminara qoşulub, həmkarlarına xeyir-dua verib.

Sonra instruktorlar Stanislav Sernyek (Slovakiya) və Kamal Boazis (Tunis) koronavirus pandemiyası ilə bağlı tətbiq olunacaq yeniliklər ədalət təmsilçilərinin diqqətinə çatdırılıb. Yeni qaydalara əsasən xalça hakimləri heç bir halda güləşçilərlə təmasda olmayacaq, sosial məsafəni qoruyacaq və xüsusi qoruyucu maskalardan istifadə edəcəklər. Görüş başa çatdıqdan sonra qalib də ənənəvi formada elan olunmayacaq.

Hansı trikodakı güləşçi qarşılaşmada qələbə qazanacaqsa, hakim həmin güləşçinin geyiminin rəngində olan qolçağı (sarğını) havaya qaldıracaq. Bundan başqa, xalça kənarında yer tutacaq məşqçilərin də maskadan istifadə etməsi mütləq şərtdir.

Dünya kubokunda ölkəmizi olimpiya kateqoriyalı hakim Asif Şirəliyev təmsil edəcək.

На изображении может находиться: один или несколько человек, люди сидят, экран и в помещении

Həmin kateqoriyadan