- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Güləş federasiyasının hakimlər kollegiyasının növbəti vebinarı baş tutub. Allsport.az xəbər verir ki, 4-cü dəfə təşkil olunan tədbirdə HK-nın sədri Qərib Əliyev ilk öncə UWW hakimlər üçün keçirdiyi son seminarlardakı mövzulardan bəhs edib.
O, güləşçilərin qayda pozuntularından, parterdəki vəziyyətdən, fənd zamanı idmançı zədələnərsə, qəbul edilməli olan qərarlardan, fit səsləndikdən sonra edilən fəndlərdən, hakimlərin xalçadakı mövqelərindən və buraxdıqları səhvlərdən və başqa məsələlərdən danışıb.
Sonra yarımçıq və tam icra olunan fəndlərin əks olunduğu video görüntülər şərh olunub.