- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan yunan-Roma güləşçiləri Norveçin paytaxtı Oslodakı dünya çempionatındakı çıxışını başa vurub.
Allsport.az xəbər verir ki, idmançılarımızdan Həsrət Cəfərov bürünc medal uğrunda görüşə çıxıb. 67 kq çəki dərəcəsində yer alan 19 yaşlı pəhləvanın rəqibi Gürcüstan təmsilçisi Ramaz Zoifze olub. Rəqibinə 0:8 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası dünya çempionatını 4 medalla başa vurub. Daha əvvəl Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.