- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Çinin Uxan şəhərində hərbçilərin olimpiadası davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün 2 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Həsən Əliyev (77 kq) 1/8 finalda erməni Varujan Qriqoryana gücünü göstərib – 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib – 7:1. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Həsən finalda iranlı Peyman Poştamla qarşılaşıb və 1:2 hesabıyla məğlub olaraq ikinci yeri tutub.
Rafiq Hüseynov (87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda koreyalı Sanqyeok Parkı üstələyib – 5:1. Rafiq yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə “tuşe” ilə qalib gələn Hüseynov adını finala yazdırıb.
Güləşçimiz finalda son dünya çempionatının gümüş medalçısı macar Viktor Lorintslə qarşılaşıb və 1:4 hesabıyla uduzaraq gümüş medalı boynundan asıb.
Qeyd edək ki, oktyabrın 23-də Mikayıl Rəhmanov (67 kq) bürünc medala sahib olub. Bununla da hərbçilərin oyunlarında güləş yarışına yekun vurulub.