Yunan-Roma güləşçilərimiz İslam oyunlarına uğurla başladı: 1 qızıl, 1 gümüş və 2 bürünc medal

İslam oyunları çərçivəsində Heydər Əliyev adına idman sarayında güləşçilər tutaşmaya başladılar. Allsport.az saytı xəbər verir ki, ilk gündə “klassiklər” mübarizə apardılar. Orxan Nuriyev qızıl mükafat qazandı, Rafiq Hüseynov gümüş medalla kifayətləndi, Murad Məmmədov ilə Rəsul Çunayev 3-cü yer tutublar.

59 kq
Bürünc medal görüşü – Mostafa Alqade (JOR) – Murad Məmmədov 0:8
1/2 final – Murad Məmmədov – K. Jolçubekov (KGZ) 3:5
1/4 final – Murad Məmmədov – M.Nurbaxş (İRİ) 10:4

71 kq
Bürünc medal görüşü – İlker Sönmez (TUR) – Rəsul Çunayev 1:4
1/2 final – Rəsul Çunayev – Mohammadali Garei (İRİ) 5:6
1/4 final – A. Budjemline (ALG) – Rəsul Çunayev 0:8 (64 san)

80 kq
FİNAL – Yousif Ghaderian (İRİ) – Rafiq Hüseynov 1:1
1/2 final – B. Sid Azara (ALG) – Rafiq Hüseynov 1:10
1/4 final – A.Azisbekov (KGZ) – Rafiq Hüseynov  1:5

98 kq
FİNALOrxan Nuriyev – Uzur Dzhuzupbekov (KGZ) 5:0
1/2 final – Orxan Nuriyev – R. Assakalov 5:0
1/4 final – T.Raza (PAK) – Orxan Nuriyev 0:9

Həmin kateqoriyadan