- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

7-8 noyabrda Moskvada güləşçilərin qran-prisi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda “sərbəstlər”dən ibarət yığmamızın Dağıstanda olan üzvləri qatılacaqlar.
Bunlar İslam Bazarqanov (57 kq), Davud İbrahimov (65 kq), Osman Nurməhəmmədov (86 kq), Şamil Zubairov (97 kq) və İslam Abuyevdir (125 kq). Onları böyük məşqçi Zəlimxan Hüseynov müşayiət edəcək.
Görüşləri idarə edənlər arasında bizdən 1-ci dərəcəli hakim Sədi Quliyev olacaq. Turnirə sərbəst, yunan-Roma və çimərlik güləşi üzrə 9 ölkə qatılacaq.