- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 128
- Fevral 06, 2026
- 0

Özbəkistanın paytaxtı Daşkənddə 8 mart beynəlxalq qadınlar gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.
Allsport.az xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra yarış cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.
9 turdan ibarət turnirin ümumi mükafat fondu 50 min dollardır. Yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.