- Baxış sayı: 42
- 22 Aprel 2025 15:58
- Baxış sayı: 97
- Aprel 23, 2025
- 0
Rumıniyanın Yassı şəhərində qadınların şəxsi Avropa çempionatı sona yetib. Allsport.az saytı xəbər verir ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət yarışda 10 şahmatçımız mübarizə aparıb.
Mücadilə boyu ən yaxşı nəticə göstərən Gülnar Məmmədova (2385) və Günay Məmmədzadə (2460) son turda ağlarla heç-heçə ediblər.
Adı ilk çəkilən beynəlxalq usta 7,5 xalla 6-cı, ondan yarım xal geri qalan digər təmsilçimiz 15-ci yer tutub.
3-qat Avropa çempionumuz Rauf Məmmədovun ukraynalı həyat yoldaşı Nataliya Buksaya (2413) 8 xalla 4-cü olub.