- Baxış sayı: 58
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 101
- Noyabr 19, 2024
- 0
Çex Respublikasının paytaxtı Praqada qadın şahmatçıların Avropa çempionatında 3-cü turun görüşləri başa çatıb.
Allsport.az saytı xəbər verir ki, bizdən Günay Məmmədzadə ukraynalı İnna Qaponenkonu, Gülnar Məmmədova serbiyalı Yovana Eriki məğlub edib. Adı ilk çəkilən təmsilçimiz itkisiz irəliləyir.
Xanım Balacayeva ukraynalı Maritsa Tsirulnik, Səbinə İbrahimova almaniyalı Luiza Başilina ilə görüşdən qalib ayrılıb.
Digər şahmatçılarımıza gəlincə, Ülviyyə Fətəliyeva, Ləman Hacıyeva, Gövhər Beydullayeva heç-heçə oynayıblar.
Avropa çempionatı avqustun 31-də yekunlaşacaq.