Həndbol üzrə yeniyetmə oğlanlar və qızlar arasında Bakı birinciliyi sona yetib

“AHF arena”da 2 fevral – Gənclər günü münasibəti ilə həndbol üzrə 2008-2009-cu il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə Bakı birinciliyinə yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsi və Azərbaycan həndbol federasiyasının birgə təşkilatçılığı ilə yarışda oğlanlarda 6 saylı İOEUGİM-1 komandası qızıl, 2 saylı RİOEUGİM gümüş və 6 saylı İOEUGİM-2 bürünc medal qazanıblar.

Qızlarda 6 saylı İOEUGİM-1 qalib olub. 6 saylı İOEUGİM-2 gümüş, 2 saylı RİOEUGİM-1 bürünc mükafata yiyələniblər.

Bağlanış mərasimində çıxış edən AHF-nin idman şöbəsinin müdiri İsgəndər Əsgərov, olimpiya çempionu Lüdmila Şubina və BŞGİBİ-nin rəis müavini Rəşad Əliyev iştirakçıları təbrik edərək, onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

İlk üçlükdə qərarlaşanlar respublika birinciliyinə vəsiqə qazanıblar.

Həmin kateqoriyadan