- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Qaradağın Budva şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatının 5-ci turu arxada qalıb.
Allsport.az saytı xəbər verir ki, kişilər meydan sahiblərinə 3:1 qalib gəliblər. Şəhriyar Məmmədyarov ilə Rauf Məmmədov xalları yarı bölüblər, Vasif Durarbəyli və Nicat Abbasov qələbə qazanıblar. Millimiz 6 xalla 9-cudur.
Qadınlar inamlı çıxışlarını davam etdirirlər. İlk lövhədə Almaniyanı 2,5:1,5 üstələyiblər. 1-ci taxtada Günay Məmmədzadə sevinib, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva heç-heçə ediblər. Seçməmiz 9 xalla 2 yerdədir.