FOTO
Həyat yoldaşını itirən erməni şahmatçıya Teymur Rəcəbovdan başsağlığı

Martın 15-i İrəvanda ağır yol qəzası törədən avstraliyalı şahmatçı Ariana Kauli ötən gün xəstəxanada vəfat edib. Allsport.az saytı xəbər verir ki, Ariana Kaulinin həyat yoldaşı, erməni şahmatçı Levon Aronyan sosial şəbəkə hesabında üzüntüsünü paylaşıb:

“Ariananın ölümü ilə əlaqədar kədərimi ifadə etməyə söz tapa bilmirəm. O, ağıllı, zəhmətkeş və gözəl bir ömür yaşamış mehriban insan idi… Səni çox sevirəm, rahat yat…”

Şahmat dünyası və qrossmeysterlər 37 yaşlı şahmatçıya başsağlığı verib. Onların arasında Teymur Rəcəbov da var. Təmsilçimiz “Dərin başsağlığı, Levon…” şərhini yazıb.

Həmin kateqoriyadan